SİA Rusiya mətbuatına istinad edərək xəbər verir ki, Krasnoyarskda təyyarələrə lazer işığı tutan şəxs yaxalanıb. O da məlum olub ki, bu şəxs avqust ayının ortalarında alkoqol təsiri altında İL-76 təyyarəsinə lazer işığı salan şəxsdir. Xoşbəxtlikdən təyyarəni idarə edən pilotlar lazerdən yayınaraq hava nəqliyyatını yerə endirə bilmişdilər.
Həmin şəxs yaxalanarkən onun üzərindən xarici istehsal olan və 6 km radiusa lazer işığı salan alət aşkar olunaraq götürülmüşdür.
Xatırladaq ki, 2011-ci ilin əvvəllərindən başlayaraq, Rusiya ərazisində 50-dək bu cür hadisə baş vermişdir. Hətta Dövlət Dumasında bununla bağlı xüsusi qərarın da qəbul ediləcəyi gözlənilir. Belə ki, nəqliyyatların hərəkətinə mane olan istənilən qanunsuz hərəkət cinayət kimi dəyərləndiriləcək və tutulan şəxslər 2 ildən 10 ilə qədər məsuliyyətə cəlb olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB