Azərbaycanda İnternet Media Mərkəzi yaradılıb

Azərbaycanda İnternet Media Mərkəzi yaradılıb

Azərbaycanda internet medianın inkişafına yardım məqsədi ilə İnternet Media Mərkəzi (İMM) yaradılıb. Bu barədə SİA-ya məlumat İMM-nin mətbuat xidmətindən daxil olub. Xəbərə görə, mərkəzin yaradılması ideyası ölkədə sürətlə inkişafda olan internet medianın fəaliyyətinin koordinasiya olunması və qarşıya çıxan problemlərin birgə həlli istəyindən doğub.

İMM fəaliyyəti dövründə vaxtaşırı ölkədə internet medianın vəziyyəti ilə bağlı mütəxəssis rəyləri hazırlayacaq, müxtəlif istiqamətlər üzrə hesabatlar dərc edəcək, eyni zamanda, jurnalistlərlə dövlət qurumlarının rəsmilərinin intensiv görüşlərinin təşkilinə çalışacaq. İMM hazırda mərkəzə Azərbaycanda fəaliyyət göstərən xəbər portallarının və informasiya agentliklərinin qoşulması istiqamətində danışıqlar aparır. Bütövlükdə, Mərkəz fəaliyyətində Mətbuat Şurası, KİVDF və digər media strukturları ilə əməkdaşlıq etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə