ABŞ-ın ən məşhur həkimlərindən olan türk əsilli Məmməd Öz \"Amerikan Time\" jurnalında dərc olunan məqaləsində hər gün istifadə etdiyimiz qidaların necə və nə qədər qəbul edilməsi haqqında məsləhətləri yer alıb. SİA-nın xəbərinə görə, məqalədə qeyd olunur ki, sağlam bir həyat tərzi üçün başlıca 3 şərti yerinə yetirmək vacibdir: \"Həm ət, həm tərəvəzlə qidalanın\", \"torpaqda yetişən məhsullardan hazırlanan yeməklərə üstünlük verin\" və \"İdmanla məşğul olun\".
Məmməd Özün sağlam bir həyat üçün diqqətə alınması lazım olan tövsiyələri bunlardır.
Zeytun yağı: Mənfi xolesterol nisbəti aşağıdır. Yaxşı xolesterol nisbəti isə yüksəldər.
Ürək-damar xəstəlikləri riskini azaldar.
Yumurta: Mütəxəssislər insanlara gündə 1 yumurta yeməsini tövsiyə edir. Ancaq yumurta sarısında olan xolesterol səbəbindən yüksək təzyiq problemi yaşayan insanlar bu qidadan həkimləri ilə məsləhətləşib istifadə etməlidirlər.
Duz: Təzyiqi təhlükəli səviyyələrə çıxarar. Əgər duza qarşı həssas olub- olmadığınızı öyrənmək istəyirsinizsə duzdan istifadədən əvvəl və sonra təzyiqinizi ölçüb müqayisə edin.
Şokolad: Tərkibindəki südün miqdarı nə qədər az olarsa o qədər faydalıdır.
Buna görə bitter şokoladı məsləhət görülür. Həftədə bir neçə dəfə təxminən 30 qram bitter şokolad yemək olar.
Qəhvə: İçərisində olan antioksidanlar sayəsində yaddaşsızlığı və Parkinson xəstəliyi riskini azaldar. Ancaq həddindən artıq qəhvə sinir sisteminə pis təsir edir.
Süd: Südün içindəki kalsium mədədə həzmi yaxşılaşdırır və bədəndə piylənmənin qarşısını alır. Bunun sayəsində artıq çəkilərdən xilas olmaq mümkündür. Az yağlı və ya normal süd arasında böyük bir fərq yoxdur. Çünki yağlılıq nə qədər az olarsa südün içindəki təbii şəkər nisbəti o qədər artar. Gündə yarım litrə yaxın süd içmək olar.
Ət: Həftədə ən azı yarım kilo ət istehlak edilə bilər. Bundan çoxu isə artıq çəkilərə səbəb olar və daha sonra problemlərə gətirib çıxarar. Həddindən artıq çox ət yemək infarkt riskini artıra bilər.
Çiyələk və böyürtkən: Tərkiblərində yüksək miqdarda olan antioksidanlar, ürək narahatlıqları, xərçəng və diyabet kimi xəstəliklərin qarşısını almağa kömək edir.
Həftədə ən azı 150 dəqiqə yürüş etməlisiniz. Bu da gündə təxminən 20 dəqiqəyə bərabərdir. Ancaq yürüş yerinə qaçışı seçənlər həftədə 75 dəqiqəlik bir qaçışla eyni məşqi etmiş sayılır. Çəkisi təqribən 73 kq olan bir adam 1 saatlıq aşağı templi bir məşq ilə təxminən 365 kalori yandıra bilər. Məşqdən sonra bir alma yemək tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB