Dünyanın nüfuzlu hərbi araşdırmalar mərkəzləri və hərbi ekspertlərin gəldikləri qənaətlərə görə, Çin 2020-ci ilə kimi ən müasir standartlara cavab verən ordu yaratmağa nail olacaq. ABŞ-ın Müdafiə Nazirliyinin proqnozlarına görə isə, Çin Xalq Respublikasının hərbi sahəyə ayırdığı milyonlarla maliyyə vəsaiti rəsmi Pekinin texnologiya üzrə geri qalmasını tez bir zamanda aradan götürməyə imkan verəcək ki, bu da Asiya-Sakit okean regionunda hərbi balansa yetərincə mənfi təsir göstərər.
"Sinxua" agentliyi: " Pentaqonun hesbatı ağılagəlməz fərziyyələrə və məntiqsiz dəlillərdən ibarətdir"
ABŞ hərbi ekspertlərinin verdikləri proqnozlarına görə, Çin, sürətli iqtisadi artımı nəticəsində 10 ildən sonra güclü və müasir orduya sahib olacaq. Pentaqonun hesabatında isə xüsusilə qeyd edilib ki, bəzi əhəmiyyətli sahələr - çoxlu sayda köhnəlmiş avadanlıq və hərbi əməliyyatların aparması təcrübəsinin çatışmazlığına baxmayaraq Çinin \"xalq-xilaskar ordusu\" müasir silahlı qüvvələrlə arasında olan uçurumu azaldır. Amma Pentaqonda deyirlər ki, əhəmiyyətli irəliləməyə baxmayaraq, 2020-ci ilə kimi Çin ölkədən çox uzaqda hərbi əməliyyatlar aparmaq üçün ordunun modernləşdirilməsini başa çatdıra bilməyəcək. Çinin rəsmi informasiya agentliyi olan \"Sinxua\" Pentaqonun hesbatını \"ağılagəlməz fərziyyələrə və məntiqsiz dəlillərə\" əsaslanan hesabat adlandırıb. Bütövlükdə isə, Çinin mövqeyi ondan ibarətdir ki, Pentaqon Çinin ordusunu modernləşdirmək çəhdini Asiya-Sakit okean regionunda vəziyyəti gərginləşdirə biləcək silahlanma kimi təqdim edir. Rəsmi Pekin bu fərziyyələri \"Heç nədən səs küy\" adlandırır. Üstəlik Çin mətbuatı Pentaqona xatırladır ki, 2010-cu ildə ABŞ-ın hərbi xərcləri bütün dünyanın müdafiəyə xərclədiyi vəsaitin 40 faizini təşkil edib: "Bu cür vəziyyətdə başa düşülən deyil ki, Pentaqon nəyə görə Çini tənqid edir. Daimi müdafiə mövqeyindən çıxış edən Çinin peşəkar və müasir orduya sahib olmağa haqqı var".
Reytinqdə üçüncü, sayına görə birinci
Dünya ölkələrinin hərbi potensialının yenilənmiş reytinqinə görə, Çin ABŞ və Rusiyadan sonra üçüncü yerdə qərarlaşıb. Buna baxmayaraq ordunun say tərkibinə görə Çin birinci yerdədir: ABŞ ordusu 1,5 milyon insandan ibarətdirsə, Çində bu rəqəm 2,3 milyondur. Çinin hərbi büdcəsi də az deyil - 100 milyard dollar.
Qalan göstəricilər: quru qoşunların hərbi texnikasının sayı - 22,8 min vahid, hava gücü - 4 min vahid, hərbi dəniz qüvvələri - 562 vahid.
Eyni zamanda ABŞ-ın quru qoşunlarının texnikasının ümumi sayı - 56,3 min vahid, hərbi hava gücləri - 18,2 min vahid, hərbi dəniz qüvvələri - 2,4 min vahid. ABŞ ordusunun büdcəsi isə - 692 milyard dollardır. Lakin, rəsmi Pekin təvazökarlıq edib hərbi büdcəsininin - 91 milyard dollar olduğunu deyir və etiraf edir ki, bir ilə büdcə 12,7% artıb. Ekspertlər isə xatırladırlar ki, Çin müdafiə xərclərini rəsmi rəqəmlərdə azaldır, reallıqda bu xərclər ən azı 1,5 ən çoxu isə 3 dəfə rəsmi rəqəmlərdən artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB