\"Facebook\"-dan növbəti yenilik!

"Facebook" məşhur foto funksiyasının yeni – daha sürətli və daha böyük versiyasını təqdim edib. SİA-nın məlumatına görə, bu barədə "Facebook"un rəsmisi Castin Şafer blog yazısında xəbər verib. O bildirib ki, indi \"facebook\"da paylaşılan fotoların ölçüsü daha böyükdür və ikiqat daha tez yüklənir. Eyni zamanda, əvvəllər yüklənilən fotolar da artıq yüksək keyfiyyətdə görünəcək. Bütün bunlarla yanaşı, "facebook" foto görünüşü də yenilənib. İndi fotolara baxdıqda onlar ekranda daha böyük sahə tuturlar.

Artıq istifadəçilərin çoxu "Facebook"un bu yeniliklərindən yararlana bilir. Bütün istifadəçilər isə "Facebook"u qısa zaman ərzində yeni formatda istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə