"Google" gələn ilin əvvəlində Avropada öz televiziya xidmətini açacaq. SİA-nın məlumatına görə, Veb və Televiziya proqramlarını televiziya ekranında birləşdirən "Google TV" keçən ilin oktyabr ayında Birləşmiş Ştatlarda fəaliyyət göstərsə də, bir sıra tənqidlər aldıqdan sonra ABŞ-ın 3 ən böyük yayım şəbəkəsi tərəfindən fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, dünyanın ən məşhur onlayn video saytına malik olmasına baxmayaraq indiyə kimi "Google"-nin televiziya biznesində çox az uğuru olub.
Digər tərəfdən də telekommunikasiya və xəbər sənayesi isə "Google"-nin bu qərarına şübhə ilə yanaşır və onu reklam gəlirlərini oğurlamaqda günahlandırır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB