Korlar üçün avtomobil - MARAQLI

"Ford" şirkəti kor və zəif görən insanlar üçün hazırladığı təlim avtomobilini sınaqdan çıxarıb. "Turbo.fr"ə istinadla verilən xəbərə görə, Almaniyanın Köln şəhərində keçirilən sınaqda 30 kor və zəif görən sürücü iştirak edib. Peşəkarların müşayiət etdiyi şəxslərin heç biri qəza törətməyib. Sürücülərdən biri hətta 120 km/saat sürət yığmağa nail olub. Sayta müsahibəsində "Ford Europe"un prezidenti Volfqanq Şneyder çox optimist danışıb: "Bu gün texnologiya elə sürətlə inkişaf edir ki, 15-20 il sonra kor və zəif görən insanların təhlükəsiz şəkildə maşın sürməsi heç kimdə təəccüb doğurmayacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə