Ən bahalı Mercedes satıldı - FOTOSESSIYA

Ən bahalı Mercedes satıldı - FOTOSESSIYA

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçirilən hərracda tarixdə ən bahalı Mercedes-Benz avtomobili satılıb. 1937-ci ilin Mercedes-Benz 540 K Spezial Roadster modelinə naməlum alıcı 9 mln. 860 min dollar ödəyib.


SİA-nın verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçirilən hərracda tarixdə ən bahalı Mercedes-Benz avtomobili satılıb. 1937-ci ilin Mercedes-Benz 540 K Spezial Roadster modelinə naməlum alıcı 9 mln. 860 min dollar ödəyib.Demək lazımdır ki, İkinci dünya müharibəsindən öncə buraxılan məhz Mercedes-Benz 540 K modeli markanın ən yaxşı avtomobili sayılır. Bu seriyanın ilk avtomobilləri 1933-cü ildə Mercedes-Benz 380 adı ilə buraxılırdı. 1934-cü ildə 500K təqdim olundu, lakin 1936-cı ildə 540 K hazırlandı. 1936-dan 1939-cu ilə kimi cəmi 419 Mercedes-Benz 540 К şassisi istehsal edildi, Mercedes-Benz 540 K Spezial Roadster modelinin tirajı isə lap az- cəmi 25 avtomobil təşkil edirdi. Bundan əlavə hər bir nüsxə fərdi sifariş əsasında yığılırdı.Məlumat üçün deyək ki, 1937-ci ildə alıcı rodsterə görə 28 min reyxsmarka ödəyib, bu da 12 min dollar edirdi.


Bütün xəbərlər Facebook səhifəmizdə