Paris-Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Paris Fransanın şimalında İl-de-Frans əyalətində Sena çayı sahilində yerləşir. Böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir. Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnib. Ölkə ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilib. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar. Paris süst klimatik zonada yerləşir. Şəhərin əsası (qədim adı Lütesiya) e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulub. Məhz şəhərin müasir adı parisilərin adından götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB