Elmir Vəlizadə: “Elektron Hökumət Portalı” hazırdır və tezliklə istifadəyə veriləcək\"
"Elektron Azərbaycan" Dövlət Proqramı Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-ci illər)" irəli gələn vəzifələrin həyata keçirməsi üçün qəbul olunan ikinci dövlət proqramıdır və 2010-2012-ci illəri əhatə edir. SİA-nın xbəərinə görə, bunu yap.org.az saytına müsahibəsində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. O bildirib ki, dövlət orqanlarında fəaliyyətin səmərəliyinin artırılması, vətəndaşlara və təşkilatlara xidmətlərin daha rahat və keyfiyyətli şəkildə göstərilməsi məqsədilə çoxsaylı elektron hökumət layihələri həyata keçirilir, müxtəlif təyinatlı informasiya sistemləri, reyestrlər və digər informasiya ehtiyatları yaradılır. Onun sözlərinə görə, RİTN tərəfindən elektron imzanın istifadəsi, dövlət orqanları arasında informasiya mübadiləsinin təşkili üzrə milli infrastrukturun qurulması işləri aparılır.
"Artıq elektron imzanın istifadəsinin təşkili üçün yaradılan Milli Sertifikat Xidmətləri Mərkəzi, həmçinin dövlət orqanlarının informasiya mübadiləsi sistemi və istifadəçilərin elektron xidmətlərdən istifadəsini təmin edəcək "Elektron Hökumət Portalı" əsasən hazırdır və tezliklə istifadəyə verilməsi planlaşdırılır.
2010-2012-ci illər üzrə Dövlət Proqramına və "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"na uyğun olaraq, vətəndaşların, dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyələrinin yüksəldilməsi, İKT və informasiya təhlükəsizliyi sahələrində ixtisaslı kadrların hazırlanması məqsədilə "E-hökumət" təlim-tədris mərkəzinin yaradılması, müxtəlif tədris kursları və təlimlərin təşkili istiqamətində tədbirlər davam etdirilməkdədir. Milli şəbəkə infrastrukturun genişləndirilməsi, İnternet şəbəkəsinə qoşulma sürətinin artması, istifadə haqlarında endirimlər edilməsi, internetə yeni çıxış texnologiyaları tətbiq olunması günümüzün reallığıdır. Lakin vətəndaşların müasir internet xidmətlərinə artan tələbatının tam və dolğun ödənilməsi, dövlət orqanları tərəfindən elektron xidmətlərin tətbiqinə əlverişli şəraitin yaradılması məqsədilə RİTN tərəfindən "Azərbaycan Respublikasında genişzolaqlı xidmətlərin inkişafı üzrə Fəaliyyət proqramı layihəsi hazırlanıb. Hazırda Proqramın aidiyyəti qurumlarla razılaşdırılıb, təsdiq edilməsi istiqamətində müvafiq işlər görülür. RİTN Dövlət Proqramı üzrə dövlət orqanları ilə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini mövcud Əlaqələndirmə Şurası çərçivəsində həyata keçirir. Əlaqələndirmə Şurası Dövlət Proqramının və Fəaliyyət Proqramının icrası ilə bağlı ümumi məsələlərin müzakirəsi və qərar qəbul edilməsinə, nəzərdə tutulan nəticələrin əldə olunmasına yardım edir. Əlaqələndirmə Şurasında dövlət orqanlarının nümayəndələrinin təmsil olunması və birbaşa əlaqələrin mövcudluğu tədbirlərin icrasına əlverişli şərait yaradır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB