Rusiyalılar özlərini bədbəxt hesab edirlər

Rusiyalılar özlərini bədbəxt hesab edirlər
Alman sosioloqları 14 ölkədə 15 min nəfər arasında sorğu keçiriblər. SİA xəbər verir ki, sorğunun əsas mövzusu "siz özünüzü xoşbəxt hiss edirsinizmi?" sualından ibarət olub. Aparılan sorğunun nəticələrinə görə, ən xoşbəxt insanlar Danimarkada müəyyənləşdirilib. Belə ki, həmin ölkədə yaşayanların 99 %-i suala pozitiv cavab veriblər.
Özlərini çox da xoşbəxt hesab etməyən yunanlar və fransızlar 80 %, italyanlar 79%-i təşkil edib. Polyaklar isə 50 % civarında özlərini xoşbəxt hiss etdiklərini bildiriblər.
Lakin ən aşağı göstərici Rusiyada müəyyən edilib. Məsələ ondadır ki, ruslar 37% üzərində dayanaraq özlərini dünyada xoşbəxtlikdən kənar olduqlarını etiraf ediblər.
Alman sosioloqlarının gəldiyi digər qənaətə görə, araşdırmalar zamanı bəlli olub ki, sadə insanın xoşbəxtliyi üçün iki kriteriya mövcuddur-pul və yaş. İnsan cavandırsa və onun aylıq gəliri 3 min avronu əhatə edirsə, demək o xoşbəxtdir.

Bütün xəbərlər Facebook səhifəmizdə