Çarli Çaplinin ABŞ-dakı malikanəsi satışa çıxarılıb

Çarli Çaplinin ABŞ-dakı malikanəsi satışa çıxarılıb

Əfsanəvi Çarli Çaplinin Los-Ancelesdə yaşadığı malikanəsi 1,725 milyon dollara satılır. SİA-nın məlumatına görə, ispan üslubunda inşa olunmuş bu mülk Los-Ancelesin baş küçələrindən sayılan Sunset Stritdə yerləşir. 1926-cı ildə tikilmiş malikanənin 255 kvadratmetr sahəsi var. Üç yataq, beş vanna, qonaq və yemək otaqlarından ibarət ev bir neçə dəfə bərpa edilib.

1990-cı ildə bu evi "Chaplin" adlı bioqrafik dramada Çarli Çaplini canlandıran aktyor Robert Dauni almışdı. Daha sonra ev 2004-cü ildə 1,465 milyon dollara satılmışdı.
Xatırladaq ki, Çarli Çaplin 1977-ci ildə 88 yaşında dünyasını dəyişib. Ona ABŞ vizası verməkdən imtina olunduğu üçün aktyor ömrünün son 25 ilini İsveçrədə yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə