\"Forbes\" ilin ən zəngin və məşhur cütlüklərinin siyahısını açıqlayıb- FOTO

\"Forbes\" ilin ən zəngin və məşhur cütlüklərinin siyahısını açıqlayıb- FOTO

"Forbes" jurnalı ilin ən zəngin və məşhur cütlüklərinin siyahısını açıqlayıb. SİA-nın məlumatina görə, jurnal ən çox qazanan cütlüklərin illik reytinqini açıqlayıb.

Birinci yeri ən varlı cütlük kimi model Jizel Bundxen və futbolçu Tom Bredi qazanıb. Model və onun həyat yoldaşı, amerikalı futbolçu il ərzində 76 milyon dollar qazanıblar. İl ərzində təkcə modelin gəliri 45 milyon dollar təşkil edir.

Reytinqin ikinci yerinin sahibləri isə tanınmış müğənni Beyons və onun həyat yoldaşı Cey-zi olub. Belə ki, cütlük il əzində 71 milyon dollar gəlir əldə ediblər.

Hollivudun ən qabaqcıl cütlükləri olan Bred Pit və Ancelina Coli il ərzində 50 milyon dollar qazanaraq 3-cü yerdə qərarlaşıblar.

Jurnalın reytinqində 4-cü yeri isə məşhur futbolçu Devid Bekhem və Viktoriya Bekhem bölüşüblər. Belə ki, cütlüyün illik qazancı 45 milyon dollar təşkil edir və həmin gəlirin 5 milyonu sırf Viktoriyanın hesabına keçirilir.

Beşlikdə isə "Alatoranlıq" filminin baş qəhrəmanları olan Robert Pattinson və Kristen Styuart qərarlaşıb. Belə ki, onların illik gəliri 20 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə