Paris hava limanı Orlidə qeyi-adi eksperiment həyata keçirilir. Orada canlı işçiləri holoqramlar əvəz edir. Virtual məsləhətçilər sərnişinlərə nə vaxt uçuş olacağını və hansı terminala yaxınlaşmalı olduqlarını deyir. Virtual məsləhətçilər ən çox uşaqlar tərəfindən bəyənilib. Belə ki, onları görən uşaqlar holoqramlara toxunmaq və oynamaq istəyirlər. Aeroportun rəhbərliyi etiraf edir ki, bu qeyri-adi əməkdaş əsas vəzifəsindən əlavə insanları da əyləndirir. Onu da qeyd edək ki, Fransada bu holoqramların sayı hələ ki 3-dür. Çox güman ki, bunların sayı getdikcə artacaq, çünki virtual işçilər daha sərfəlidir. Onlara istirahət vaxtı və maaş verilmir.
GÜNEL
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB