Dünya əhalisinin sayı bu il 7 milyardı keçəcək

Dünya əhalisinin sayı bu il 7 milyardı keçəcək

Fransanın Milli Demoqrafik Tədqiqatlar İnstitutunun avqustun 18-də dərc olunmuş məruzəsinin müəllifləri belə qənaətə gəliblər ki, planetin əhalisinin sayı 2011-ci ildə 7 milyard nəfərdən çox olacaq. SİA-nın məlumatına görə, tədqiqatçılar belə hesab edirlər ki, gələcəkdə bütöv bir əsr ərzində Yer əhalisinin sayı sabit olaraq 9-10 milyard nəfər səviyyəsində qalacaq.

Mütəxəssislər planet əhalisinin sayının dəyişmə sürətini nəzərdən keçirərək proqnozlaşdırırlar ki, 2011-ci ildə bu göstərici 1,1 faiz səviyyəsində olacaq. Maksimal göstərici isə 50 il bundan əvvəl 2 faiz səviyyəsində qeydə alınıb. Bu azalma orta statistik doğum səviyyəsinin hər bir qadına 2,5 uşağadək enməsi ilə əlaqədardır: 1950-ci ildə bu göstərici 5 uşaq olub.

Məruzədə xüsusilə qeyd edilir ki, ölkədən və regiondan asılı olaraq əhalinin artım sürətinin müxtəlif olması daha çox əhalisi olan ölkələrin reytinq göstəricilərinin xeyli dəyişməsinə gətirib çıxaracaq.

Hazırda bu baxımdan üç əsas dövlət Çin (1,33 milyard), Hindistan (1,17 milyard) və ABŞ-dırsa (306,8 milyon), 2050-ci ildə siyahının lideri Hindistan olacaq. Onun əhalisinin sayı 1,69 milyard nəfərə çatacaq. İkinci yeri Çin tutacaq: onun əhalisinin sayı 1,31 milyard nəfər olacaq.

İlk dəfə olaraq Nigeriya əhalisinin sayına görə, ABŞ-ı sıxışdıraraq 433 milyon nəfər göstərici ilə üçüncü yerə çıxacaq. ABŞ isə dördüncü yerə düşəcək (423 milyon nəfər).

Afrikada aktiv demoqrafik proseslərlə əlaqədar 2100-cü ildə planetin hər üç sakinindən birinin zənci olacağı gözlənilir.

Hazırda planet sakinlərinin ümumi sayının təxminən yeddidəbiri orada yaşayır.

Böyük Səhradan cənubda yerləşən dövlətlərdə əhalinin artımı daha yüksək olacaq. 2000-ci ildə orada əhalinin sayı 600 milyon nəfər idisə 2100-cü ildə 3,4 milyard nəfərə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB