Jerar Departye təbii ehtiyacını təyyarədə, sərnişinlərin gözü qarşısında edib - MARAQLI

Jerar Departye təbii ehtiyacını təyyarədə, sərnişinlərin gözü qarşısında edib - MARAQLI
Fransanın tanınmış aktyoru Jerar Departye təyyarədə hamını şoka salacaq hərəkət edib. Belə ki, təyyarədə olan styuardessanın aktyora tualetdən istifadə etməyə icazə verməməsi Jerar Departyeni özündən çıxardıb. Aktyor bu hərəkətin qarşılığında bütün sərnişinlərin gözü önündə təyyarənin salonuna təbii ehtiyacını edib.


SİA-nın Frans-Press agentliyinə istinadən verdiyi məlumata görə, hadisə CityJet hava yollarının Paris-Dublin reysində baş verib. Hadisə barəsində ilk olaraq Europe-1 radiosu məlumat verib. Bu xəbəri isə təyyarədə olan sərnişinlərdən biri açıqlamasında bildirib.


Sərnişinin sözlərinə görə, aktyor tualetə getmək istədiyini bildirib: \"Styuardessa isə aktyordan təyyarənin qalxmasını gözləməyi xahiş edib. Elə bu vaxt J. Departye yerindən qalxaraq bu hərəkəti edib. O öz təbii ehtiyacını ödəyəndən sonra isə heç nə olmamış kimi yerinə oturub\".


Deyilənlərə görə, aktyor təyyarədə içkili vəziyyətdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə