Ofisdə işləməkdən beyin kiçilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər belə qənaətə gəliblər ki, çox işçilərlə bir ofisdə işləyən insanın beyni tədricən kiçilə bilər.
Gərgin iş günlərində hətta insanda beyin quruması baş verə bilər. Bunun əsas səbəblərindən biri də müasir dövrdə rəhbər işçilərin bir neçə şöbəni bir yerə toplamasıdır. Belə ki, bu şöbələri bir-birindən kiçik arakəsmələr ayırır. İşçilər heç bir yerə çıxmadan bütün məsələləri arakəsmələrin arasında həll etməli olurlar.
Bunun neqativ cəhəti ondan ibarətdir ki, belə kütləvi ofislərdə işləyən insanların beynində adətən gərginlik, həyəcan özünü daha çox büruzə verir. Bu da onların işinə mənfi təsir göstərir. Nevroloqlar isə bunu ofisdəki əməkdaşların çoxlu danışıqları, telefon zəngləri və digər söz-söhbətlərin fəsadları ilə əlaqələndirir. Bütün bu sadaladıqlarımız da insan beyninin sıxılmasına və kiçilməsinə gətirib çıxarır.
Alimlər buna alternativ olaraq hesab edir ki, müxtəlif mənzərə və gül dibçəkləri olan ofisdə işləyən işçilərin beyni daha yaxşı fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB