Müasir xanımlar üçün 2011-2012 -ci ilin dəbinə uyğun gəlinliklər - FOTOSESSİYA

Müasir xanımlar üçün 2011-2012 -ci ilin dəbinə uyğun gəlinliklər - FOTOSESSİYA

Toy mərasimində iştirak edən hər bir gənc qızın ağlına ilk gələn yəqinki gəlinlikdir. Müasir dövrdə gəlinlərin əksər hissəsi ağ gəlinliklərə üstünlük verirlər. Lakin ilk gəlinliklər ağ deyil məhz digər rənglərdə olmuşdur.

Romada evli qadınlarla subay qadınları bir-birindən fərqləndirən üz örtüyü idi. İlk dəfə olaraq gəlinlər toy günündə sarı rəngdə üz örtüyündən istifadə edirdilər. Orta dövrlərdə isə gəlinliyin rəngi yox parçası daha əhəmiyyətli idi. Ağ gəlinliklər ilk dəfə olaraq 16-cı əsrdə yayılmağa başladı. 1499-cu ildə ağ gəlinlik geyinmiş ilk qadın ingiltərəli Anne olmuşdur.

Hazırda üstünıük verilən gəlinlik modelinin təməli 1854-cü ildə Kraliça Victorianın evlənərkən geyindiyi tamamilə ağ və 5.5 metr \"quyruğu\" olan gəlinlikdən götürülmüşdür.

Qeyd edək ki, bu dövrlərdə kral ailəsinə məxsus qızlar ancaq gümüşü gəlinlik geyməli idilər.

Məhz Kraliça Victoria bu adəti pozaraq öz toyunda ağ gəlinlik geyinmişdir. Ağ gəlinliklərin ilk məkanları saraylar olmuşdur.

Daha sonralar müxtəlif qadınlar tərəfindən müxtəlif tərzdə istifadə edilmişdir.

Bu gün isə müasir dövrün xanımları üçün 2011-2012-ci ilin dəbdə olan gəlinlik modellərini təqdim edirik.


Bütün xəbərlər Facebook səhifəmizdə