“Facebook” şəbəkəsinin dəyəri 65,5 milyard ABŞ dollarına çatıb

“Facebook” şəbəkəsinin dəyəri 65,5 milyard ABŞ dollarına çatıb

Amerikanın "İnterpablik qrup" ("İnterpublic Group") reklam qrupu "Facebook" şirkətinin səhm paketinin satışı barədə əqd bağlayıb. SİA-nın məlumatına görə, bununla əlaqədar Londonda çıxan "Faynenşl tayms" qəzeti həmin internet şirkətinin səhmlərinin dəyərini qiymətləndirib.

Avqustun 15-də şirkətin səhmlərinin bir hissəsi 133 milyon dollara satılmışdır. Alıcının adı açıqlanmır. Bu satış prinsipial əhəmiyyət kəsb edir, çünki şirkət dünya fond bazarına çıxmağa hazırlaşır.

İnternetdə ən iri sosial şəbəkə olan "Facebook" şirkətinin səhmlərinin ilkin yerləşdirilməsinin 2012-ci ildə həyata keçiriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə