Bakıda yeni 3 və 4 ulduzlu otellər istifadəyə veriləcək

Bakıda yeni 3 və 4 ulduzlu otellər istifadəyə veriləcək
"Eurovision-2012"mahnı müsabiqəsinə gələcək turistlərin yerləşdirilməsində problem olmayacaq. SİA-nın məlumatına görə, 2011-ci ilin sonunadək Bakıda 6 yeni beşulduzlu, "Eurovision-2012"musiqi yarışmasına qədər isə bir neçə 3 və 4 ulduzlu otel istifadəyə veriləcək. Artıq "Eurovision-2012"yarışmasının iştirakçısı olan ölkələr Bakıdakı otellərdə yerlərin bronlaşdırılması ilə bağlı müraciətlər göndərməyə başlayıblar. Böyük ehtimalla 2011-ci ilin sonunadək musiqi yarışmasının iştirakçıları və digər qonaqlar üçün nə qədər yer lazım olacağını müəyyənləşdirmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə