ABŞ-da 43,5 karatlıq brilliant hərraca çıxarılır. SİA-nın məlumatına görə, nəhəng sarı brilliantın start qiyməti 900 min dollar olacaq. Hərrac sentyabrın 6-da başlayacaq və onlayn şəkildə aparılacaq.
Bu qiymətli daşın son sahibi 2006-cı ildə pul vəsaitlərinin yuyulmasına görə 12 illik cəzaya məruz qoyulan Ohayo sakini Pol Maneadır. Onun həbsindən sonra brilliant əşyayi-dəlil kimi götürülüb. Məhkəmənin qərarına əsasən "Qızıl göz" adını alan bu daş dövlətin mülkiyyətinə keçib və indi ABŞ höküməti onu satmaq qərarına gəlib.
Qeyd edək ki, 25 üzü olan brillantın ölçüləri 26 х18х11 millimetrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB