Harvard Səhiyyə məktəbi tərəfindən aparılan araşdırma indiyə kimi olanların ən genişidir və "American Journal of Clinical Nutrition" jurnalında nəşr olunub. SİA-nın məlumatına görə, hər gün 50 qram emal edilmiş qırmızı ət yemək diabet riskini 51%, emal olunmamış qırmızı ət isə 19% artırır.
Amma əgər qırmızı ət fındıq, ağ ət və taxıl zülalları ilə əvəz edilərsə, diabet riski aradan qalxar.
Araşdırma Amerikada 204, 000-dən çox adam arasında aparılan sorğu nəticəsində müəyyən olunub. 14-28 yaş arası şəxslərdən rəy soruşulub.
Qanda şəkərin yüksək səviyyədə olması müşahidə olunan xronik xəstəlik olan 2-ci tip diabetin səbəbi köklük, idmanla məşğul olmamaq və qeyri-sağlam qida vərdişləridir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB