Top yığan - İşin təsviri qolf oynayandan sonra əraziyə düşən bütün topları yığışdırmaqdan ibarətdir.
İnək
pedikürçüsü - Avropanın elitar
fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi
mövcuddur.
Mebel
sınayan - Bu işə yalnız professional
işçilər tələb olunur. Dünyanın ən böyük fabrik və dizayner şirkətləri stol və
kitab rəflərini çıxmaq şərtilə çarpayı, stul, kreslo üzərində atılıb düşərək
mebelin nə qədər keyfiyyətli və davamlı olduğunu müəyyən edir.
Pinqvinləri
ayağa qaldıranlar - qütb stansiyalarının
ətrafında yaşayan pinqvinlər səma üzərində uçuş edən vertolyotların səsini
eşidər eşitməz səmaya baxırlar. Lakin bildiyimiz kimi pinqvinlərin boynu
fırlanmadığından dönmək gərəkərkən adətən arxası üstə yıxılırlar yenidən ayağa
qalxmaqları isə mümkün olmur, nəticə tələf olurlar. Bu üzdən həmin əraziyə
xüsusi təyinatlı işçilər götürürlər ki, pinqvinlər yıxılan kimi onları ayağa
qaldırsınlar. Əks halda onlar məhv olurlar.
Qarışqa seleksiyaçısı - Qarışqa fermalarına dəvət alaraq yığılan
qarışqaların hansından zəhər (tibbdə istifadə olunur) alınacağını müəyyən edir.
Yumurta
ayıran - Şirniyyatların
hazırlanması üçün xüsusi dəstin köməyi ilə yumurtaların sarısını ağından
ayıran.
Yastıq
düzəldən - Bahalı yataq dəsti mebeli
satılan mağazalar üçün bu işlə məşğul olan xüsusi işçilər tələb olunur. İşçi
sadəcə gün ərzində mağazanı gəzərək əzilmiş yastıq və yorğanları düzəltməlidir.
Oyun
əşyaları üzrə ekspert - Bu cür profesional işçilər
ən çox kazino məkanı sayılan Las-Vegas və Monte-Karlo şəhərlərində ehtiyac
vardır. Kazino zallarında oyun gedən zaman bütün kart və qəpiklərə nəzarət
etməlidir. Solğun qəpik və əzik kartların olmamasından əlavə biclik işlədərək
oyunçuların bir-birilərini aldatmaması üçündür. Bunun üçün həmin işçi kazino
oyunları üzrə mütəxəssis olmaqdan əlavə olduqca diqqətli olmalıdır. Axı burada
1 deyil, 2 deyil, 100 milyon dollarların taleyi həll olunur.
Təyinatlı qohum -Keçən il Çində yalançı qohum əqrəba təklif edən xüsusi şirkət açılıb. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum əqrəba icarəyə götürə bilər. Hətta burada ata-ana rolunu oynayan insanlarda var.
Ayaqyolu tapan -Yaponiyada dövlət qulluğu hesab olunur. Demək, Yaponiyada şəhərin mərkəzində bir neçə gid dayanır ki, ona yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edəsiniz.
Növbə saxlayan -Müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vurararaq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edirsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır nəticə əldə etmək üçün lazım gələrsə, dalaşıb savaşır da. Saatı 40 dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB