10 yaşlı modelin şəkilləri hamını şoka salıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb jurnalın səhifələrində 10 yaşlı Tilan Blondonun fotosessiyasının yerləşdirilməsidir.
Dünyanın ən məşhur moda qurumları belə, makiyajda olan, müxtəlif pozalarda çəkilmiş uşağa görə müəllifi sərt tənqid edirlər. Bu tənqidə 10 yaşlı qızın şəkillərini çəkən Fransanın \"Vogue\" jurnalı tuş gəlib. Bu məsələ ilə bağlı jurnalın baş redaktoru Karin Roytfeld öz vəzifəsindən imtina edib. Cari ilin yanvar ayında çəkilən şəkillər internetdə yayılıb.
Məlumat üçün bildirək ki, şəkillərdə Lolita obrazında çəkilən Tilan Blondon dünyanın ən bahalı azyaşlı modelidir. O, 6 yaşından moda aləminin içərisindədir.
Bununla yanaşı, T. Blondondan başqa bir çox azyaşlı qızlardan da model kimi istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə