Dünyanın ən hündür binaları- FOTOSESSİYA

Dünyanın ən hündür binaları- FOTOSESSİYA

"Reuters" agentliyinin fotoqrafları dünyanın ən hündür binalarının şəkillərini çəkiblər. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, dünyanın ən hündür binası Dubaydadır.

Dünyanın əksər hündür binaları Cənub şərqi Asiyada – Çin, Tayvan, Malayziya kimi ölkələrdədir. Əvvəl başı buludlara çatan hündür mərtəbəli binaları ilə tanınan ABŞ-ın isə siyahıdakı mövqeyi zaman keçdikcə zəifləyir. Bir çox məsələlərdə ABŞ-ı qabaqlayan Çin isə bu məsələdə də ABŞ-ı qabaqlayır.

Dünyanın ən hündür göydələnlərinin fotoları təqdim edirik.

\"\"

1: Dubayın \"Bürc Xəlifə\"si hal-hazırda dünyada ən hündür binadır: 827 metr

\"\"

2: Tayvandakı \"Taypey\" 101 dünyanın 2-ci ən hündür tikilisidir : 509 metr

\"\"

3: Şanxaydakı \"Dünya Maliyyə Mərkəzi\" göydələni dünyanın üçüncüdür: 491 metr

\"\"

4: Honq-Konq \"Beynəlxalq Ticarət Mərkəzi\" siyahıda dördüncüdür: 484 metr

\"\"

5: və 6 Kuala Lumpurdakı \"Petronas\" Əkiz qüllələri ən hündür binalar siyahısında 5-ci və 6-cı yerləri bölüşür.

\"\"

7: Çindəki \"Nanjing Greenland Mərkəzi\" 7-ci ən hündür binadır: 449 metr

\"\"

8: Çikaqonun \"Villis\" qülləsi (əvvəlki \"Sears\" qülləsi) dünyanın səkkizinci ən hündür binasıdır: 442 metr

\"\"

9: Guançjou \"Qərb qülləsi\" doqquzuncu ən hündür tikilidir: 437 metr



Bütün xəbərlər Facebook səhifəmizdə