Meksika hökuməti Səhiyyə Nazirliyinin təklifilə ölkədə ana südünü saxlamaq üçün xüsusi anbarlar yaradacaq. SİA-nın məlumatına görə, bu haqda Notimeks agentliyi xəbər verir.
Birinci növbədə belə müəssisələr çoxlu sayda azçəkili uşaqların anadan olduqları ştatlarda - Herrero və Pueble ştatlarında açılacaq. Həm də müəssisə nümayəndələri qeyd edirlər ki, ana südünü uzun müddətə saxlamaq problemi hələ ki öz həllini tapmayıb.Sosioloji sorğulara əsasən son zamanlar Meksikalı anaların 50 faizi anadan olandan sonra 72 saat ərzində uşaqlarına ana südü vermirlər. Əsasən cavan analar körpə üçün vacib olan qida elementlərinin ana südü ilə müqayisədə az olan süni yeməklərə keçirlər.
QİÇS-ə yoluxanlar, narkoasılı qadınlar, antibiotiklə müalicə aparan qadınlar körpələrinə süd verə bilməzlər. Bundan əlavə bir çox qadınlar uşaq anadan olandan sonra ailəni dolandırmaq üçün işə çıxmaq məcburiyyətindədirlər. Ona görə də qadınlar uşaqlarına ana südü vermək imkanından məhrum olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB