Norveçli terrorçunun VİP kamerası – FOTOSSESİYA

Norveçli terrorçunun VİP kamerası – FOTOSSESİYA

Norveç terrorçusu Anders Berinq Breyvinqin cəza çəkəcəyi ciddi rejimli həbsxananın şəkilləri ictimaiyyətə göstərilib. SİA-nın xəbərinə görə, şəkilləri Böyük Britaniyanın "Times" jurnalı dərc edib. Norveçin paytaxtı Oslonun yaxınlığında yerləşən "Halden" həbsxanasında pəncərələrdə dəmir barmaqlıqlar yoxdur, mühafizəçilər isə silah daşımır.

Burada çox vaxt mühafizəçilərlə məhkumlar birgə yemək yeyir, birlikdə idman oyunları oynayırlar. Həbsxanada hər məhkumun ayrıca kamerası var. Ayrıca tualeti, hamamı, televizor və mini-soyuducusu olan bu kameralar 3 ulduzlu otel otaqlarını xatırladır. Məhkumlardan bəzilərinə DVD-pleyerdən istifadəyə və internetə məhdud girişə icazə verilir. Həbsxanada səsyazma studiyası fəaliyyət göstərir.

Məhkumların yaxınları ilə görüşməsi üçün meşəlikdə xüsusi kotteclər tikilib.

İki mərtəbəli kərpic binalardan ibarət korpusun tikintisi zamanı dizaynerlər beton plitəli üzlüklərdən imtina edərək, ağac plitələrə üstünlük veriblər. Onların fikrincə, bu, ətrafdakı meşə massivi ilə vəhdət təşkil edir. Binanın həbsxana olmasını göstərən yeganə əsas element ağaclarla əhatələnmiş 6 metr hündürlüyündəki hasardır.

Qeyd edək ki, Breyvik "terrorizm" və "terrorçu fəaliyyətdə" ittiham olunur. Ona qarşı Oslodakı hökümət binasındakı partlayış və gənclər düşərgəsini gülləbaran edilməsi ilə əlaqədar ittiham irəli sürülüb. Hər iki terakt nəticəsində 91 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə