Yayın ən yaxşı içkiləri - MARAQLI-FOTOSESSİYA

Yayın ən yaxşı içkiləri - MARAQLI-FOTOSESSİYA

Gin & Tonic – Hindistan

Gin ilə tonikin ilk dəfə bir yerdə içilməsi, Hindistanın "üzərində günəş batmayan" İngiltərə İmperatorluğunun bir parçası olduğu 19-cu əsrin ortalarına söykənir. Müstəmləkələrdəki ingilislər qızdırmadan qorunmaq adına toniki dərman kimi içirdilər. Sonra bir gün aralarından birinin ağılına acı bir dadı olan toniki içinə əlavə olunan ardıc, kişniş, limon və portağal qabıqları, müxtəlif otlar, badam və böyürtkən kimi bəzi meyvələrlə son dərəcə aromatik bir içki halına gələn gin ilə qarışdırmaq gəlir. Beləcə, içki dünyasının klasshiklərindən biri ortaya çıxır. Gin & Tonic, Hindistandakı sarayların bağçalarından Londona, imperatorluğun qalan bölgələrinə, oradan da bütün dünyaya yayılır.

Rosé, Côte d’Azur- Fransa

Yayın ən ideal içkilərindən biri. Roze şərabları soyuq içməyə ən uyğun olan şərabdır. Fransanın Nays, Kann və ətrafında yaşayanlar yay aylarında çəhrayı şərab içməyi illərdən bəri dəb halına gətiriblər. Qırmızılar kimi yay istisində insanın içini yandırmadığı kimi, turşuluğu ağ şərablardakından daha çox olduğu üçün onlardan daha da sərinləşdici təsir edir. İdeal istiliyinin 7 ilə 12 dərəcə olması lazımdır; bu səbəbdən Roze olduqca soyuq içilən bir şərabdır. Bu vaxtlar Cənub Fransada Cote d\'Azur sahillərində hər kəs Roze içir.

Cape Codder, Massaçusets ştatı

Kanadanın arağı. Meyvəli kokteyllər arasında bu yay ən çox içilən içkilərdən biri olan Cape Codder içkisinin hazırlanması da olduqca asandır. Ahududulu araq, çiyələk suyu, 1 dilim yaşıl limondur. Bunların hamısını buz dolu bir stəkana qoyaraq qarışdırın. Yaşıl almadan da istifadə edə bilərsiniz.

Limoncello, İtaliya

Cənub İtaliyada bolluca limon yetişdiyi üçün oradakılar limonu içkinin içinə rəndələyib, bir az şəkər əlavə edib və Limonçello içkisini dünyaya tanıdıblar. Limonçello həzmə kömək olduğu üçün daha çox yeməklərdən sonra içilməsi tövsiyə edilir. Xüsusilə İtalyanın Napoli bölgəsinə xas bir içki olan Limoncello çox çox soyuq içilməsi lazım olan bir içki növüdür.

Margarita, Meksika

Mənşəyi Meksikaya söykənən Margarita kokteylinin yaxşı alınması üçün birinci şərt, yaxşı bir tekila ilə hazırlanmasıdır. Stəkanın ağız qisimi duza bulanmış olacaq və içərisində Tekila, portağal likyoru və limon suyunun qatışığı olacaq. Bu içki ilə əlaqədar bir neçə şəhər əfsanəsi var.

Daiquiri, Kuba

Əvvəllər dərman olaraq istifadə edilən bu kokteyl Kariblərdə patrul keşiyi çəkən ingilis donanmasında, gəmiçilərə xəstəliyə qarşı qorunsunlar deyə içilərdi. Kuba içkisi, xəstələr tərəfindən bir az daha rahat içilsən deyə içinə limon suyu və şəkər qatılmış və beləcə Daiquiri kokteyli meydana gəlib.

Red Stripe, Yamayka

İçərisində 4% spirt olan Yamaykanın milli içkisidir. Hətta Bob Marleyin ən sevdiyi pivə olaraq da bilinir. Bu pivə, Yamayka, 1962-ci ildə İngiltərədən müstəqilliyini qazandığından bəri ölkənin milli içkisi qəbul edilir. Yüngül içimli olan bu pivə, Karib pivələri arasında ən məşhur olanıdır.

Mai-Tai, Polineziya

Havay dilində Mai-Tai "bu dünyanın xaricindən" mənasını verməkdədir. Buz, Black Rom, Rom, ərik, portağal suyu, limon suyu, Angostura Bitters, nar siropuyla hazırlanan Mai Tai , yüngül görününümlü bir içki olmasına baxmayaraq, çox tez təsir edən bir içkidir.

Caipirinha, Braziliya

Caipirinha, braziliyalıların dünyaya tanıtdığı və sevdirdiyi bir kokteyl növüdür. Caipirinha kokteyli bütün dünyaya yayılan və çox sevilən bir kokteyl növüdür. Braziliyada hər yerdə tapa biləcəyiniz, sudan ucuz olan bu kokteyl məşhur bir kokteyldir. Braziliya Portuqalcasında "Kiçik kəndli qız" mənasını verir.

Piña Colada, Puerto Riko

Piña Colada rom, hindqozu yağı və ananas suyu qarışdırılaraq hazırlanan və soyuq içilən bir kokteyldir. Xüsusilə Orta və Latın Amerika ölkələrində məşhur bir içkidir. Əgər rom sevirsinizsə, sizin üçün ən yaxşı kokteyl Piña Colada ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə