Ölümə səbəb olan kompyuter oyunu

Ölümə səbəb olan kompyuter oyunu

İngiltərənin Şeffild şəhərində yaşayan 20 yaşındakı Kris Streinfors 12 saat "X-Box" konsolunda oyun oynadıqdan sonra qəfildən səhhəti pisləşib. SİA-nın xəbərinə görə, mərhumun dostları onu xəstəxanaya çatdırsalarda həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin sözlərinə görə, mərhumun ölumünə səbəb onun 12 saat müddətində fasiləsiz oturaq vəziyyətdə oyun oynaması olub. Bu zaman da qan dövranı zəifləyib və nəticədə ölüm hadisəsi yaşanıb. Bununla bağlı K.Streinforsun atası oyun şirkətini məhkəməyə vermək fikrində deyil. Qəmgin ata günahın həmin şirkətlərdə deyil, valideynlərdə olduğunu düşünür. Onun fikrincə, valideynlər övladlarını kompyuter oyunlarına çox bağlanmağa imkan verməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə