Sfinksin heykəli Berlinin Perqam muzeyindən Türkiyəyə qaytarılıb

Sfinksin heykəli Berlinin Perqam muzeyindən Türkiyəyə qaytarılıb

Hett çarlığı dövrünə aid olan Sfinksin heykəli Berlinin Perqam muzeyindən Türkiyəyə qaytarılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin mədəniyyət naziri Ertoğrul Günay açıqlamasında bildirib.

Onun sözlərinə görə, Almaniya tərəfi ilə uzun illər davam edən danışıqlardan sonra təqribən 3 min il yaşı olan bu sənət əsəri Ankaraya verilib. Nazirə istinad edən Türkiyə informasiya agentlikləri bu addımın \"türk-alman dostluğunda əhəmiyyətli hadisə və xoş addım\" kimi dəyərləndiriblər.

Sfinksin heykəli ötən əsrin əvvəllərində alman arxeoloqları tərəfindən Ankaradan 150 kilometr məsafədə yerləşən Boğazköy kəndi yaxınlığında tapılıb.

Qeyd edək ki, bu ərazidə eramızdan əvvəl II minillikdə Hett çarlığı yerləşib.

Daşdan hazırlanan qanadlı yarı qadın, yarı şir formasında olan bu heyrətamiz və zərif sənət əsəri 1915-ci ildən bəri Perqam muzeyini bəzəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com