Amerikanın nüfuzlu "Conde Nast Traveller" jurnalının əməkdaşları dünyanın 30 ölkəsinin 65 ən yaxşı otelinin siyahısını hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıya Avropanın 23 mehmanxanası daxil edilib. Bunların 5-i İtaliyada yerləşir.
İtaliyanın ən yaxşı oteli ötən ilin may ayında açılan "Borgo Egnazia" Adriatik dənizinin sahillərində yerləşir. Burada ikinəfərlik otaqda qalmaq üçün qiymətlər günlük 215 avrodan başlanır. İkinci məsləhətli İtaliya oteli "Capri Tiberio Palace" Kapri adasında yerləşir. Burada ziyarətçilər portağal qarışıq məhluldan – spadan istifadə edə bilərlər.
Üçüncü və dördüncü yerləri Florensiyanın "Grand Hotel Villa Cora" və Siciliyanın "Metropole Taormina" otelləri, beçinci yeri isə Toskanadakı "Principe Forte Dei Marmi" tutub. Sonuncu oteldə gecələmək 450 avroya başa gəlir.
Siyahıda otellərinin sayına görə ikinci yeri Fransa tutur. Bura Parisin "Seven Hotel"i (ikiadamlıq otaq – 167 avro), "Le Royal Monceau Raffles" (gecələmək – 780 avro), "Shangri-La Hotel" (150 avro) daxildir. Dördüncü – sonuncu yeri isə mavi sahildə yerləşən "Muse Ramatuelle" turur.
Siyahıya Britaniyanın üç oteli daxil edilib. Berkşirdəki "Coworth Park" polo oynamağı sevənlər üçün mövsüm zamanı – aprel-sentyabr aylarında xüsusilə məsləhətlidir. Londondakı "The Savoy" və "W London Leicester Square" isə ilin istənilən vaxtında qonaqları qarşılamağa hazırdır.
Türkiyənin 2 oteli siyahıda
Yunanıstan Peloponnesdəki "Kinsterna Hotel & Spa" və "The Romanos", Türkiyə isə İstanbuldakı "The House Hotel Nişantaşı" və "Pera Palace Hotel"lə fərqlənib. Sonuncu otelin ötən il əsaslı təmirinə 23 milyon avro xərclənib.
Moskva isə keçmiş "Ukrayna", indiki "Radisson Royal Hotel"lə fərqlənib. Buradan Moskva çayına gözəl mənzərə açılır.
Dünyanın ən yaxşı otelləri:
· Borgo Egnazia
· Capri Tiberio Palace
· Grand Hotel Villa Cora
· Metropole Taormina
· Principe Forte Dei Marmi
· Seven Hotel
· Le Royal Monceau Raffles
· Shangri-La Hotel
· Muse Ramatuelle
· Coworth Park
· The Savoy
· W London Leicester Square
· Kinsterna Hotel & Spa
· The Romanos
· The House Hotel Nişantaşı
· Pera Palace Hotel
· Tenbosch House
· Soho House
· Aman Sveti Stefan
· The Grand Amsterdam
· Vidago Palace
· Cap Rocat
· Nobis Hotel
· Radisson Royal Hotel
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB