Günəş fontanının hündürlüyü 150 min kilometrə çatıb

Günəş fontanının hündürlüyü 150 min kilometrə çatıb

Amerikadakı Günəş Dinamikası Rəsədxanasının cihazları qeyri-adi cəlbedici formaya malik olan protuberans (Günəş püskürməsi) qeydə alıblar. SİA-nın məlumatına görə, közərmiş qaz fontanı 150 min kilometr hündürlüyə qalxmış və maqnit sahəsinin təsiri ilə bir neçə saat müddətində bu vəziyyətdə qalıb.

Efemer qasırğaya oxyaşan protuberans tədricən 4 fraqmenrtə parçalanıb.

Günəş aktivliyinin bu cür təzahürləri tez-tez müşahidə olunur. Lakin budəfəki fontan öz forması ilə insanı heyran edir.

Günəş Dinamikası Rəsədxanası kosmosa bu il fevralın 11-də buraxılıb. Rəsədxanada yerləşən və daim Günəşə tərəf səmtlənmiş 3 cihaz vasitəsilə onun təsvirləri translyasiya edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB