Həm böyüklər, həm də uşaqlar dondurmanı çox sevirlər. Niyə? Nədir dondurmanı bizlərə sevdirən səbəb? Bu sualın cavabını uzun araşdırmalardan sonra elm sübut edib. SİA-nın məlumatına görə, aşkar olunub ki, dondurma stressi aradan qaldırır. Südün və qaymağın tərkibində əsəbləri sakitləşdirən, əhval-ruhiyyəni qaldıran, yuxusuzluğu aradan qaldıran effektli təbii trankvilizator olan triptafon var.
Sevimli şirniyyatımız olan şokolada gəldikdə isə uzun müddət hesab edirdilər ki, o narkotik kimi beynə pis təsir edir. Bu yaxınlarda Amerika alimləri şokolad və kakaoya "bəraət qazandıraraq" aşkar ediblər ki, marexuanada olan oxşar komponentlər kakaoda çox aşağıdır və onlar mədədə parçalanaraq beynə çatmır.
Bundan əlavə tədqiqatçılar şokoladda adrenalin hormonuna oxşar olan maddə tapıblar. Yəni, şokolad kofein kimi təbii stimulyatordur, qan təzyiqini qaldırır, nəbzi gücləndirir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB