Sabah “Hamburger”in 111 yaşı tamam olur

Sabah “Hamburger”in 111 yaşı tamam olur

İyulun 27-də "Hamburger"in 111 yaşı tamam olacaq. SİA-nın məlumatına görə, 111 il əvvəl məhz bu gün ilk dəfə hamburger düzəldiblər.

Bununla bağlı olaraq Park Bulvarda hamburger təqdim edən "Best Food" da maraqlı layihə həyata keçiriləcək. Belə ki, hamburgerin qiymətlərinə 50 % endirim olacaq. Hamburgerin vətənindən gələn qonaqlar yerli hamburgersevərlərlə güclərini sınayacaqlar.

Bununla yanaşı, xeyriyyə məqsədi ilə uşaq evinin 20 sakini pulsuz olaraq hamburger yeyə biləcəklər. Tədbirdə həm də Amerika səfirliyindən nümayəndələr də qatılacaq. Səfirliklə maraqlı müsabiqələr təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə