“Facebook”da böyük yanlışlıq olub

“Facebook”da böyük yanlışlıq olub

Facebook" sosial şəbəkəsinin təhlükəsizlik sistemində növbəti anlaşılmazlıq baş verib. Bu dəfə çətinliklər videolarla bağlı yaşanıb. SİA-nın məlumatına görə, istifadəçilər bir neçə saat ərzində öz dostlarının videolarının tam siyahısını görə biliblər. Hətta şəxsi videoları belə.

Bununla yanaşı istifadiçələr videonun özünü müşahidə edə bilməyiblər. İctimaiyyət üçün açıq olanlar yalnız videonun tam başlığı və orada qeyd olunan insanlar olub. Videolara tıkladıqdan sonra "Bu video "Facebook"-dan silinib və ya məxfilik siyasətinə uyğun olaraq gizlidir" tipli ismarıc görünüb. "TechCrunch"-un məlumatına görə, sözügedən problem artıq aradan qaldırılıb.

Qeyd edək ki, videolar haqqında olan bu məlumatlar yalnız "dost siyahısı"nda olanlar üçün əlçatan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə