Çilinin cənubunda, Arakuaniya əyalətində güclü qar yağıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə 16 min insan ətraf mühitdən təcrid olub. Burada temperatur göstəricisi mənfi 20 dərəcəyə düşüb.
Bəzi dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü 3 metrə çatıb, enerji təchizatı kəsilib. Çilidə son 30 ildə bu cür hava şəraiti müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB