Yemişin daha bir faydalı xüsusiyyəti aşkarlanıb

Yemişin daha bir faydalı xüsusiyyəti aşkarlanıb

Yemişin daha bir faydalı xüsusiyyəti aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər yemişin daha bir xeyirli cəhətini üzə çıxarıblar. Onların araşdırmalarına görə, yemiş insandan stresi, əsəbi, hirsi götürür.

Yeməkdən sonra bir dilim yemiş yeyərkən tərkibindəki superoksiddismutaz fermenti yorğunluğu, stresi, əsəbi, yuxusuzluğu çəkib aparır. İnsan sakitləşir, dincəlir.

Alimlər bütün yayı yemiş yeməyi məsləhət görür. Elə qışda da tapsanız yeyin, uduzmazsınız. Amma unutmayın yemişi balla, alkoqollu içkilərlə qarışdırmaq olmaz. Üstündən su və yaxud süd məhsulları da qəbul etmək olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə