Hollivudun daha bir cütlüyü boşanır - FOTOSESSİYA

Hollivudun daha bir cütlüyü boşanır  - FOTOSESSİYA

Məşhur aktrisa və müğənni, Hollivudun ən gözəl cütlüklərdən biri olan Cennifer Lopes və Mark Antoniy yeddi illik nikahdan sonra boşanmaq qərarı alıblar. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə cütlüyün bu qərarı Amerikanın məşhur "People" jurnalına açıqlamasında bildirilib.

"Bu nəticəyə gəlmək bizim üçün asan olmadı, lakin hər şeyi bir düşünüb müzakirə etdikdən sonra bu qərarı qətiləşdirdik", deyə müğənni açıqlamasına bu sözləri əlavə edib.

Qeyd edək ki, cütlük 2004-cü ildə nikah bağlamış, 2008-ci ildə isə onların iki övladı dünyaya gəlib. Cütlüyün ayrılmasından sonra uşaqların hansı valideyinin himayəsində qalacağı hələ bəlli deyl.

Bütün xəbərlər Facebook səhifəmizdə