Super avtobus- FOTOSESSİYA

Hollandiyalı astronaft Vubbo Okls gələcəyin ictimai nəqliyyatı olacaq və elektromotor əsasında çalışacaq "suberbus" – super avtobusun təşəbbüs qrupunun rəhbəridir.

"Suberbus" saatda 300 kilometrə qədər surət yığa bilir. Uzunluğu 15 metrə çatır və sərnişinlərin rahatlığı üçün hər tərəfdən 8 qapısı var. Gələcəyin avtobusunun tutumu 23 sərnişin təşkil edir.

Müəlliflər xüsusi olaraq öz yaratdıqları maşının etibarlı olduğunu qeyd edirlər. O, maneələri aşkarlaya biləcək, xüsusi radarla təchiz olunub. "Superbus" Dubayda keçirilən sərgidə nümayiş edilib.

SİA super avtobusun fotolarını təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə