Təcili pul köçürmələri sistemindəki nasazlıq aradan qaldırılır

Təcili pul köçürmələri sistemindəki nasazlıq aradan qaldırılır

Son vaxtlar pul köçürmə sistemində ləngimələrin olması ilə bağlı narazılıqlar artır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədovun SİA-ya verdiyi məlumata görə, ləngimələrə səbəb ölkəmizin qoşulduğu STEFİ (Secured Transfer of Electronic Financial Information) təcili pul köçürmələri əməliyyat sistemində texniki problemlərin yaranmasıdır: "Artıq bu istiqamətdə işlər görülür və tezliklə problem aradan qaldırılacaq".

Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFİ sisteminə qoşulduqdan sonra Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə təcili pul köçürmə əməliyyatları həyata keçirilir. Əməliyyatlar artıq poçtlar vasitəsilə də aparılır və bunun üçün 600-dən çox posta lisenziya verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə