“Christian Dior”un 2011-2012 kolleksiyası

“Christian Dior”un 2011-2012 kolleksiyası

Dizayner John Gallianonun biabırçı şəkildə "Christian Dior"dan qovulmasından sonra hamıda bu nümayişin ümumiyyətlə keçirilib-keçirilməyəcəyi ilə bağlı şübhələr yaranıb. SİA-nın rus saytlarına istinadən verdiyi xəbərə görə, "Christian Dior"un icraçı direktoru Sidney Toledano brend heyranlarını 2011-2012-ci il payız-qış kolleksiyasını görə bilmək istəyindən məhrum etməyib. Qeyd edək ki, Galliano bu nümayişə dəvət olunmamışdı. Bundan əlavə, nümayişdən öncə Sidney Toledano özü podiuma çıxaraq qonaqlara "Christian Dior"un 60 ildən çox bir dövrdə qazandığı və qazandırdığı dəyərlər haqqında qısa olaraq məlumat verib. Qısa nitqinin sonunda Toledano Gallianonun adını çəkmədən: "Heç kim moda həvəskarlarının sevimlisi, dünyanın hər yerində butikləri olan dünyaca məşhur "Christian Dior" kimi bir brendin adına xələl gətirə bilməz" deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə