ABŞ-da saçların ağardısa, işsiz qalacaqsan!

ABŞ-da saçların ağardısa, işsiz qalacaqsan!
ABŞ şirkətlərinin birində çalışan 50 yaşlı xanım, ağ saçlarına boya vurmaqdan imtina etdiyinə görə, işdən azad edilib. SİA-nın məlumatına görə, Sandra Rolin öz xarici görünüşündə heç bir problem görmürdü. Lakin onun müdiri olan xanım görünüşünü "qeyri-kafi" hesab edib.

Sandra bildirib ki, 2009-cu ildə daşınmaz əmlakla məşğul olan "Capital Title" şirkəti Texas ştatına köçüb və onun rəhbəri xanıma deyib ki, onun xarici görünüşü şirkətin imicinə uyğun olmalıdır və o "müasir, dəbə uyğun" geyinməlidir.

Sandra isə rəhbərliyin bu şərtini rədd edib və bir müddət sonra işdən qovulub. Onun yerinə isə təxminən 10 yaş cavan qadın işə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB