Əyləncə faciə ilə nəticələndi -FOTOSESSİYA

Əyləncə faciə ilə nəticələndi -FOTOSESSİYA

İspaniyanın şimalında Pamplona şəhərində, xalqın küçədə öküzlərlə birlikdə qaçması ilə keçirilən "San Fermin" festivalı bütün həyəcanı ilə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, festival çərçivəsində arenaya çıxacaq olan 6 öküzün 841 metrlik yolda səhər saatlarıdan başlayaraq xalqla birlikdə etdiyi qaçış olduqca təhlükəli idi. Öküzlərin arenaya girmələri 3 dəqiqə 10 saniyə davam edib. Qaçış zamanı 24 yaşındakı avstraliyalı və 21 yaşındakı amerikalı iki gənc aldıqları buynuz zərbələrindən yaralanıblar. Avstraliyalı gəncin sağ budundan yaralandığı və vəziyyətinin ciddi olduğu, amerikalının isə ayağından yaralandığı və eyni zamanda hər ikisinin müalicə altında olduğu bildirilib. Küçə boyunca qaçan qadın və kişilər özlərinə doğru gələn öküzlər qarşısında yerə əyilib, üzlərini gizlədərək qorunmağa çalışıblar

Qeyd edək ki, \"San Fermin\" festivalı iyulun 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə