"Spice Girls" qrupunun keçmiş üzvü və məşhur futbolçu Devid Bekhamın həyat yoldaşı olan Viktoriya Bekham qız anası oldu. SİA-nın rus saytına istinadən verdiyi xəbərə görə, Bekhamın ailəsində üç oğlandan 12 yaşlı Bruklin, 8 yaşlı Romeo və 6 yaşlı Kruzdan sonra həsrətlə yolunu gözlədikləri qız övladları bazar günü Los-Angelisdə dünyaya gəldi. Futbolçunun mətbuat katibi Simon Oliveir "çəkisi 3,5 kq olan körpəyə Harper Seven adı verilib "deyə açıqlamasında bunları bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB