Bakıda güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Paytaxda güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 23-24 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə