Qiyamət günündən sonra bizi nələr gözləyir? - FOTOSESSİYA

"History Channel"in hazırladığı "İnsandan Sonra Həyat" adlı sənədli filmdə, qiyamətdən sonra dünyanın insansız necə olacağı canlandırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kompyuter vasitəsi ilə heç kimin yaşamadığı şəhər yaradılıb. Alimlərin fikrincə insanla yanaşı, mədəniyyət də təbii hadisələrə tab gətirməyəcək və yer üzündən silinəcək.

2 gündən sonra: Elektrik kəsildikdən sonra, Nyu-Yorkun mərkəzindəki metro tunellərini sudan qoruyan pompalar sıradan çıxacaq. Bütün metro tunelləri sular altında qalacaq.

1 həftədən sonra: Fövqəladə hallar üçün nəzərdə tutulmuş AES-lərin soyutma sistemini çalışdıran generatorların yanacağı tükənəcək. AES-lərdə yanğınlar və partlayışlar baş verəcək.

6 aydan sonra: Şəhərlər bakteriya mənbələrinə çevriləcək, ev heyvanları vəhşiləşəcək, canavarlar isə şəhərlərin küçələrinə hakim kəsiləcək.

1 ildən sonra: Bütün dünyada bir zamanlar insanların yaşadığı yerlərə heyvanlar hakim olacaqlar. Binalardan isə sığınacaq kimi istifadə ediləcək.

3 ildən sonra: Küçələrin çatlamış asvalt örtüyündən otlar cücərəcək və ağaclar bitməyə başlayacaq. Havanın çırkliliyi ortadan qalxandan sonra isə binaların üzərini mamırlar örtəcək. Su boruları donmaya məruz qalaraq çatlayacaq. Bu isə öz növbəsində binaların divarlarının ayrılmasına səbəb olacaq. İnsanlarla birlikdə yaşayan hamam böcəkləri və kiçik gəmiricilər qlobal soyuqlar nəticəsində bir necə qışa məhv olacaqlar.

5 ildən sonra: Şəhərlərdə yığılıb qalmış qurumuş yarpaqlar ildırım çaxmasından alışaraq güclü yanğınlara səbəb olacaq. Taxtadan tikilən binalardan əsər-əlamət qalmayacaq, lakin beton binalar nə qədər xəsarət alsa da çökməyəcəklər.

10 ildən sonra: Dam örtüklərindən binaların içərisinə susızacaq, bu isə çürümələrə səbəb olacaq. İsitmə sistemləri işləmədiyinə görə, divar və dam örtükləri sızmış suların donub əriməsi nəticəsində dağılmağa başlayacaq.

20 ildən sonra: Metro tunellərini qoruyan dirəklər pas ataraq sıradan çıxacaqlar. Küçələrdə çökəkliklər yaranacaq.

100 ildən sonra: Dünya bir əsr insansız qaldıqda bütün binalar aldığı zədələrə görə aşma təklükəsiylə üzləşəcəklər. Güclü zəlzələlər bəzi şəhərləri yerlə-yeksan edəcək.

300 ildən sonra: Baxımsız qaldığına görə asma körpülər sıradan çıxacaqlar. Digər körpülər isə daha bir necə yüz il qalacaq.

5 əsrdən sonra: Rütübət və bataqlıq zonalarında dağılmış şəhərlərin üzərini böyük meşələr örtəcək. İnsanlar tərəfindən kəşf edilən əşyalara, xüsusilədə plastik əşyalara da hələ də rast gəlmək mümkün olacaq.

5000 ildən sonra: atom bombalarının nüvə başlıqlarında olan radioaktiv maddələr sızmağa başalayacaq və hələ də yaşayan canlılar üçün təhlükə yaradacaq.

SİA həmin fotoları təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə