ABŞ sakini Coi Çestnat (Joey Chestnut) hot-doq yemək üzrə dünya çempionu adını bir daha qoruya bilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, Nyu-Yorkda ABŞ-ın müstəqillik gününə həsr edlilən ənənəvi müsabiqəsinin 5-ci dəfə qalibi olub.
Çestnat 10 dəqiqə ərzində 62 ədəd hot-doq yeyib. "Çənə" ləqəbli Kaliforniyalı azarkeşlərin gurultulu alqışlarının müşayiəti ilə orta hesabla hər 12 saniyəyə bir hot-doqun öhdəsindən gəlib.
Çempionluq kəmərini və 10 min dollar aldığı zaman qalib bildirib ki, lazım gəlsə, elə dərhal yenə hot-doq yeməyə başlaya bilər. Lakin qalibyyətinə baxmayaraq, o 2009-cu ildəki rekordunu -10 dəqiqədə 68 ədəd hot-doq yeməsini təkrarlaya bilməyib.
Qadınlar arasında ən yaxşı uğuru "Qara dul qadın" ləqəbli Sonya göstərib. O, 10 dəqiqə ərzində 40 hot-doq yeyə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB