İndiana ştatında şagirdlər qələm yerinə klaviaturadan istifadə edəcəklər. SİA-nın məlumatına görə, ştatda kağıza qələmlə yazmaq məktəb proqramından çıxarılıb. Amerikanın Təhsil Departamentinin səlahiyyətliləri qələmlə yazmağın artıq əhəmiyyətini itirdiyini bildiriblər: \"Artıq şagirdlər vərəq yerinə noutbukdan istifadə edəcəklər. Qələmi isə klaviatura əvəz edəcək. Amma bu o demək deyil ki, şagirdlər qələmi evdə qoyub, noutbuk gəzdirəcəklər. İnkişafa meylli bu davranış məktəb tərəfindən necə qiymətləndirilsə, o cür də davam edəcək. Yəni şagirdlərin kağız və qələmdən tamamilə imtina edib-etməməsinə məktəb qərar verəcək\".
Qeyd edək ki, valideynlər noutbukun övladlarına ziyanlı olacağını ifadə edərək qərarla razılaşmadıqlarını diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB