Tramvaylarda pulsuz Wi-Fi xidməti olacaq

Tramvaylarda pulsuz Wi-Fi xidməti olacaq

Rusiyanın Çelyabinsk vilayətində tramvaylarda Wi-Fi xidməti olacaq. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, Maqnitoqorsk administrasiyası 15 tramvayda pulsuz Wi-Fi quraşdıracaq. Yeganə məqsəd isə sakinləri ictimai nəqliyyatdan istifadəyə cəlb etməkdir.

Qeyd edək ki, Wi-Fi xidməti bu vaxtadək Nijni Novqorod, Ufa, Murmanskın ictimai nəqliyyatında quraşdırılıb. Yayın sonunadək Yekaterinburq avtobuslarında da internet olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə