Gürcüstan prezidentinin oğlunun adı Ginnesin rekordlar kitabına daxil edilib
Gürcüstan prezidentinin oğlunun adı Ginnesin rekordlar kitabına daxil edilib. SİA-nın məlumatına görə, iPadda sağ əli ilə ingilis əlifbasını 5, 26 saniyəyə yığan Edvard Saakaşvili rekordundan fəxr duyduğunu dilə gətirib. O bildirib ki, rekorda hazırlıq üçün sadəcə bir neçə gün ona kifayət edib: \"15 yaşım olduğundan çoxları bu rekorda çətinliklə nail olduğumu düşünür, amma belə deyil. Bir neçə gün ərzində mən artıq rekorda hazır oldum. Bu mənimçün böyük qələbədir. Lakin rekordun bu pilləsi ilə kifayətlənməyi düşünmürəm. Növbəti dəfə çin əlifbasında bu rekordu qırmağa hazırlaşıram\".
Qeyd edək ki, Batumiyə gələn Ginnes rekordlar kitabının nümayəndələri yeni rekordu rəsmi şəkildə qeydə alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB